Oduncağın tədarükü ilə meşəqıranlar məşğul olur. Sonra qırılmış ağacların budaqları xüsusi maşınlarla kəsilir. Avtomobil, su və dəmiryolu nəqliyyatı ilə tirləri meşə sənayesi kombinatlarına daşıyırlar.
Kombinatların anbarlarında tirlər ölçülərinə və keyfiyyətinə görə çeşidlənir və nizamla yığılır.
Oduncağın emalı ilə ağac emalı sənayesi məşğul olur.
Mişarlamadan və biçib-kəsmədən əvvəl qabıqsoyma dəzgahlarında ağacların qabığı soyulur.
Tirlər ağackəsmə dəzgahlarında mişarlanır və oduncaqdan müxtəlif mişar materialları: taxta, tir və tircik alınır.
Şəkildəki elementləri istnilən mişar materialı nümunəsində tapın.
|
Mişar materialından başqa oduncaqdan digər materiallar, məsələn, faner alınır.
Faner yüngül və möhkəm material olub, nazik oduncaq təbəqələrin yapışdırılması yolu ilə alınır. O, yaxşı emal olunur, nəmişlikdən qorxur. Fanerdən tikintidə döşəmə və tavanların, sənayedə mebel, məişət əşyaları və oyuncaqların hazırlanmasında istifadə olunur.
Mişar materiallarını və faner nümunəsini nəzərdən keçirin. |
Bu materiallar arasında ümumi olan nədir?
Onlar nə ilə fərqlənir?
Faner nümunəsi neçə təbəqədən hazırlanmışdır?
Oduncağın emalı özündə bir neçə əməliyyatı cəmləşdirir: mişarlama, yığma, bəzəmə.
Yadda saxlayın: oduncağı hissələrə ayırmaq üçün onu mişarlamaq lazımdır. Bu məqsədlə mişar və ya lobzikdən istifadə edilir. Lobzik oduncağı əyri xətt boyunca mişarlama alətidir.