Pəstahı çevirib, birinci kəsimin düz qarşısından digər bir kəsim edin. Sonra hər bir yarımhissəni yenə də ortadan kəsin. Beləliklə, lazım olan sayda kəsik edin (11).
Zolaqları elə kəsin ki, ucları iti olsun. Bütün zolaqları ovcunuza alın, baş barmaq tərəfdən birini buraxın və iki həmləyə ucunu kəsin (12).
Əgər pəstahın bir parçasını aşağı əyərək möhkəm qatlayıb buraxsanız, o qatlanmış şəkildə qalacaq (13).
Plastikin nazik zolağını sığallayıcı ilə bir qədər özünə tərəf çəkib «bururlar» (14).
Dəftərxana bıçağı və qayçı ilə işlədikdə təhlükəsizlik qaydalarını bir daha xatırlayın.
!
|
Unutmayın! Küt bıçaq və qayçılarla işləmək olmaz. |
Dəftərxana bıçağının zolağı cızıqlarla hissələrə bölünmüşdür. Əgər hissələrdən biri kütləşərsə, bu hissəni sındırıb atmaq lazımdır.
|
|
Plastik butulkadan istədiyiniz məmulatı hazırlayın. |