Deşiklərin lazımi yerdə açılması üçün kağız dairələr üzərində deşikaçanı necə işlədəcəyinizi məşq edin.
Uzunluğu 20 sm, eni 1 sm olan dəri lent kəsin. Lenti bir-birinin üzərinə qoyulmuş dairələrdən ardıcıl olaraq keçirin.
Qolbağı qolunuza taxıb ölçün və lentin uclarını lazım olan ölçüdə kəsin.
Bərkidici bəndi düzəldin. Dəridən uzunluğu 25 sm, eni 4—5 mm zolaq və diametri 1,5—2 sm-dən böyük olmayan dairə kəsin.
!
|
Dəftərxana bıçağı ilə iş zamanı təhlükəsizlik qaydaları |
1. Tiyənin kiçik hissəsini irəli çəkin.
2. Dəftərxana bıçağı ilə iş taxtası üzərində işləyin.
3. Kəsməni yerinə yetirdikdə bir əllə bıçağı, digəri ilə materialı möhkəm tutun.
4. Bıçağı işlətmədikdə tiyəsini bağlayın.
Unutmayın! Dərini ancaq taxta altlıq üzərində kəsmək olar.
Onu bir həmləyə kəsmək doğru deyil. Bıçaqla kəsmə yeri boyunca böyük qüvvə tətbiq etmədən bir neçə dəfəyə kəsmək lazımdır.
|
|
Dəridən istifadə etməklə istədiyiniz məmulatı hazırlayın. |