|
Dəridən hazırlanan məmulatlara harada rast gəlmisiniz? Dəridən hazırlanan məmulatlar hansılardır? |
|
Şəkildəki məmulatları nəzərdən keçirin. Bu məmulatlar hansı materialdan hazırlanmışdır? |
Heyvan dərisi — yumşaq plastik materialdır. Dəri qədim əcdadlarımızın istifadə etdiyi əvəzolunmaz materialdır. Dəridən hazırlanmış məmulatlar bu günə kimi dəbdədir.
İnsanlar dəridən hər şey — ayaqqabı və geyim, bəzək əşyaları, qoşqu ləvazimatı və hətta qədim əlyazmalar üçün perqament** də düzəldiblər. Tarixdə dəri pullar, dəridən sığınacaq yerləri və daxmalar, musiqi alətləri və s. mövcud olub.
Dəridən hazırlanmış köhnə əşyalara yeni həyat vermək olar. Siz də dəridən olan köhnə uzunboğaz çəkmələri, əlcəkləri, çantaları atmayın. Məmulatın daha az köhnəlmiş hissələrindən dəri qırıqları kəsin. Çirklənmiş dərini bişmiş ilıq süd ilə yuyub təmizləyin. Nəm dəri qırıqlarını hamarlayın və üzərinə quru parça qoyub press altında qurudun.
Dəri ilə işləyən ustalar xüsusi alətlərdən — iti bıçaqlardan və deşikaçandan istifadə edirlər.
!
|
İşi görmək üçün nisbətən nazik dəri götürün. Bu halda deşikləri dəftərxana bıçağı və ya deşikaçanla açmaq olar. |
|
Dəri qolbağın hazırlanması ardıcıllığına nəzər yetirin. Kartondan ülgü düzəldib bir dəridən beş ədəd, digər rəngdə olan dəridən isə dörd ədəd dairə kəsin. |