İşin gedişi
1. Hansı məmulatı düzəldəcəyinizi müəyyənləşdirin. Onun təyinatı, quruluşu və ölçüləri necədir? Onu necə bitkin şəklə salmaq olar?
2. Gələcək məmulat üçün özül düzəldin. Hansı məmulatı düzəltmək istəyindən asılı olaraq, özül üçün vaza, nimçə, stəkan götürülə bilər. Özülü plastilindən də hazırlamaq olar.
3. İçərisində su olan qabda ölçüsü 15 mm-dən böyük olmayan qəzet qırıntıları isladın.
4. özülə hər hansı bir yağ (məsələn, vazelin) sürtün və ya ona sellofan dolayın.
5. Özülə üst-üstə bir neçə qat olmaqla suda isladılmış kağız qırıntıları yapışdırın. Kağızın özülə yapışmaması üçün birinci qata yapışqan sürtməyin. Kağız qırıntılarının bir-birini örtməsini nəzarətdə saxlayın. Lazım olarsa, basmanın kənarlarını qayçı ilə səliqəyə salın.
6. Basmanı özülün üzərində yaxşıca qurudun.
7. Pəstahı* özüldən çıxarın. Bunu etmək çətindirsə, onu eninə və ya uzununa bıçaqla kəsin.
8. Bir təbəqə qəzet kağızı qoymaqla tayları yapışdırın və basmanı qurudun.
* Pəstah — hazırlanacaq detal üçün seçilmiş materialdır.