MÜXTƏLİF MATERİALLARDAN QURAŞDIRMA
Dizaynın bir istiqaməti də texnikanın, o cümlədən məişət texnikasının (televizor, tozsoran, saçqurudan və s.) bədii quraşdırılmasıdır.
Bu məsələdə dizaynerlər mühəndislərlə sıx əlaqədə işləyirlər. dizayner cihaz və qurğuların quruluşunu, işləmə prinsipini, onların hazırlanma texnologiyasını, materialların xassələrini bilməlidir. Yalnız bu zaman o öz layihəsində yeni məmulatın faydasını onun təhlükəsizliyi, rahatlıq və gözəlliyi ilə birləşdirə bilər.
|
Müxtəlif avtomobil modellərini nəzərədn keçirin.
|
|
Hansı model sizi daha çox cəlb edir və nə üçün?
|
Müasir avtomobilin cavab verməli olduğu tələblərlə tanış olun:
- təhlükəsizliliyi;
- möhkəmliyi;
- ekoloji cəhətdən əhəmiyyətliliyi;
- idarə olunmada və istifadədə rahatlığı;
- estetik cəhətdən cəlbediciliyi;
- mühərrikin qənaətliliyi.
SUALLAR
|
- Əmtəə malı dedikdə nə başa düşürsünüz?
- Əmtəə malı aldıqda nəyə fikir vermək lazımdır?
- Məmulatın dizaynı dedikdə nə başa düşülür?
-
Hansı peşə sahibinə dizayner deyilir?
-
Dizayn nə deməkdir?
-
Dizaynerlə mühəndis peşəsi bir-birindən nə ilə fərqlənir?
-
Dizayner nələri bilməlidir?
|
|
Müasir avtomobil haqqında fikrinizi əsaslandıraraq esse yazın.
|