|
Fikirlərimizi birlikdə müzakirə edək. Tutaq ki, məişət texnikası, mebel, təsərrüfat malları mağazasına gəlmisiniz. Diqqətinizi hansı əmtəə malı* cəlb edəcək? |
|
Eyni təyinatlı müxtəlif çeşidli mallar içərisində hansı məmulata üstünlük verərdiniz? Nə üçün? Belə demək mümkündürmü ki, alıcı əmtəə malı alarkən diqqətini cəlb edəni seçir? |
|
Əmtəə malı əvvəlcədən diqqəti hansı keyfiyyəti ilə cəlb edir? «İstənilən əmtəə malı diqqəti öz qiyməti, gözəlliyi, rahatlığı, əlvan qablaşdırılması, qeyri-adi xarici görünüşü, başqa sözlə, dizaynı ilə cəlb edir» fikri ilə razısınızmı? |
Məmulatın xarici görünüşü, onun təqdim edilən növünün yaradılması və bədii quraşdırılması üzrə fəaliyyət dizayn, bədii quraşdırma ilə məşğul olan insanlar isə dizaynerlər adlanır.
Dizayn ingilis sözü olub «layihə», «təsvir», «görünüş» deməkdir.
Bədii dizayn incəsənət və gözəlliyin vəhdətindən yaranır.
Mühəndis əməyinin məhsulu gələcək məmulatın texniki-texnoloji sənədlərdə olan layihəsi, dizayner əməyinin məhsulu isə məmulatın təsvirlərdə, maketlərdə verilən layihəsidir.
Mühəndis gələcək məmulatın texniki-texnoloji sənədlərdə olan layihəsini işləyir. Dizayner isə məmulatın təsvirlərdə, maketlərdə verilən layihəsini işləyir.
Dizayner məmulatın obrazını, xarici görünüşünü yaradır.
Hər bir müəssisənin rəssam-dizaynerləri var. Onlar məmulatın və onun detallarının görünüşünü fikirləşir, həmçinin öz estetik cəlbediciliyi ilə fərqlənməsi üçün müəssisənin bütün məmulatlarına vahid bir tərtibat üslubu yaradırlar.
*Əmtəə malı — satılmaq üçün hazırlanan məmulata deyilir.