|
Texnologiyalar haqqında nəyi bilirik? |
İnsan qədim zamanlardan öz həyat və əmək şəraitini yüngülləşdirən kəşflər edirdi. Bir neçə min il bundan əvvəl insan bütün işləri özü görürdü. Sonra o, heyvanları əhliləşdirməyi öyrəndi. Onlardan əməyin yüngülləşdirilməsində və zəruri tələbatlarının ödənilməsində istifadə etdi.
Və günlərin bir günü onun ağlına buxarın gücündən istifadə ideyası gəldi. İnsan buxar maşınları yaratdı və onlardan məharətlə istifadə etdi.
Sonra əsrlər ötdü. İnsan beyni bir qədər də inkişaf etdi. İndi artıq o ağır işlərdə köməyinə çata biləcək sadə mexanizmlər hazırlamağı bacarırdı. Su və küləyin təbii enerjisindən istifadə etməyi öyrənmişdi.
Daha sonra onun tərəfindən daxiliyanma mühərriki ixtira olundu. Bu ixtira yeni maşınların yaranmasına yol açdı.