Ülgünü kağıza köçürüb onu qatlanmış parçaya sancaqlayın. Təbaşirlə kənarlarını 1 sm aralıdan cızın. Ülgüləri düz üzü içəri olmaqla qoyub «əl tikişi» ilə, kənarlarını isə istənilən kənar tikişi ilə tikin.
Gəlincikoynadanın əli aşağıdakı şəkildə göstərildiyi kimi üzlüyün içində müxtəlif vəziyyətlərdə ola bilər.
Gəlinciyi asanlıqla oynatmaq üçün karton düzbucaqlılardan «patron» adlanan hissələr düzəldib çeçələ barmağa və baş barmağa sıx şəkildə dolayın.
Sonra «patron»lari yapışdırıcı lentlə sarıyın. Yapışdırım lentdən 1 sm enində çıxıntı buraxın. Bu hissədən «patron»lari üzlüyün iç tərəfindən, bir qədər yer buraxaraq barmaqların yerləşdiyi yerə tikin. Üzlüyü çevirib əlinizə geyinin. Əgər gəlinciyin boynu əlinizdə yaxşı dayanmırsa, boyun üçün də «patron» düzəldin.
|
|
Dəm çayniki üçün «İstiliyi qoruyan gəlincik» hazırlayın. |