|
Açıqcada nə təsvir olunub? Onun hazırlanmasında hansı əşya və materiallardan istifadə edilib? |
Açıqcadakı küknar ağacı «ilgək» tikişi ilə yerinə yetirildiyi üçün qabarıq alınıb.
Tikişin yerinə yetirilmə mərhələləri
Tikişi damalı kağızda yerinə yetirin.
İlgək tikişi ilə məmulatın kənarlarını işləmək və naxış xətti salmaq olar.
1. A nöqtəsində sapı üz tərəfə çıxarın. İynəni astar tərəfdə B nöqtəsindən C nöqtəsinə keçirin. Sap iynənin altında olmalıdır.
2. Parçanı büzməmək şərti ilə sapı kip oturana qədər dartın.
3. İynəni D nöqtəsindən astar tərəfə keçirin və E nöqtəsindən üz tərəfə çıxarın. Sap iynənin altında qalmalıdır.