Dərinləşdirilmiş relyef dedikdə nə başa düşürsünüz?
Müstəvinin öz səthindən dərində yerləşən təsviri kontrrelyef adlanır. Bu, latın dilindən tərcümədə «tərsinə», «əks» deməkdir. Kontrrelyefdə təsvir heykəltəraş qələmi ilə, hər hansı digər alət və ya çubuqla cızılır. Siz belə texnika ilə daha harada rastlaşmısmız?
İnsanların rastlaşdığı ilk belə təsvirlər insan əli ilə yaradılmayıb. Təbiət özü daşın üzərində bitki, heyvan, həşərat təsvirləri yaradıb.
Belə «fotoşəkillər» alimlər üçün çox dəyərli tapıntılardır. Siz də plastilin üzərində bitki hissələri həkk etməyə çalışın.
İz qoymaq üçün material axtarışına çıxanda onun hansı şərtlərə cavab verəcəyini qabaqcadan düşünün. İşinizin nəticəsini necə formalaşdırmaq olar?
Küknar və mazı ağaclarının budaqlarının izləri belə görünür.
Bu üsulla çox sadə, asanlıqla tanınan siluetə malik obyektləri də təsvir etmək olar.
|
Əsasın üzərinə iki plastilin lövhə qoyun (üstündən basmamaq şərtilə) və kənarlarını kəsin. |
Eskizi çəkin və heykəltəraş bıçağı ilə üst qatı kəsin. Şəkilin daxili hissəsini götürün. Kənarları və əyrilikləri hamarlayın. Bunun üçün itiuclu heykəltəraş bıçağından istifadə edin.
Niyə bu üsulda plastilin lövhələrdən istifadə edilir, sadəcə, əsasın üzərinə yaşıl və yaxud qara plastilin qatı çəkilmir?
Bu işdə yaxşı tanıdığımız iki üsul birləşib. Onu necə işləmək lazımdır?
|
|
Dərinləşdirilmiş çiçək relyefi hazırlayın. |