Bu naxışın belə alınması üçün hansı motivi çəkmək və kağızı necə qatlamaq lazımdır? Belə ornamentlərlə hansı xırda məmulatı bəzəmək olar? |
Fırlatma üsulu. Seçilmiş fiquru, onun sonunda yerləşə bilən müəyyən mərkəzə nəzərən fırladırlar. Bu riyaziyyatda mərkəzi simmetriya adlanır.
Dairəvi ornamentin qurulmasında əsas element elə döndərilməlidir ki, dönmə bucaqlarının bərabərliyi gözlənilsin.
Ülgü, basmadüymə və rezinin köməyi ilə dairəvi ornamentin necə qurulmasını nəzərdən keçirin.
|
|
Fırlatma üsulu ilə ornamentləri kəsin və rəngləyin. |