Güzgü-əksi. Fiqurları nəzərdən keçirin.
Bu fiqurlar onların arasından keçən oxa nəzərən simmetrikdir. Aplikasiya üçün bu detalları kağızı ortadan bir və ya bir neçə dəfə qatlayıb kəsirlər. Güzgü-əksi vasitəsilə bütöv bir sıranı əks etdirmək olar.
|
Bir dəfə kəsməklə bu naxışları aplikasiya üçün necə əldə etmək olar? |
|
Ornamentdə bitki motivləri. Ornamental süjet və ya təsvir elementinə motiv deyilir. Bitki ornamenti güllərin, yarpaqların, budaqların, meyvələrin təsvirlərindən yaranmışdır. Lakin belə motivlər real quruluşdan fərqli formada tətbiq edilir.
Buta — memarlıq və tətbiqi sənətimizdə əsas bəzək elementidir. Buta ornamenti bir çox binaların fasadını bəzəyir.
Başqa növ ornamentlər də mövcuddur. Kağız zolağını iki yerə qatlayıb kəsməklə belə ornament əldə etmək olar.
Əgər kağız zolağını iki dəfə uzununa və bir dəfə eninə qatlasaq, qıvrımlar cüt ürəyə çevrilər.
|
Dərslikdəki təsviri kalka* kağızma köçürün və ya eskizi** müstəqil olaraq çəkin. |
*Kalka - çertyoj və təsvirlərdən surət çıxarmaq üçün şəffaf kağız və ya parça
**Eskiz - şəklə, rəsmə aid ilk layihə