Papağın təpəsi istiqamətində iki (9) ucu düzbucaqlı çıxıntıya qatlayın.
Modeli çevirin və şişuclu dəbilqə artıq hazırdır. Onun üzərinə dekorativ elementlər çəkmək və yapışdırmaq olar.
Yəqin ki, «Qızıl açar» cizgi filminə baxmısınız. Bu cizgi filminin qəhrəmanı Buratinonun papağını hazırlamaq üçün əsas sxemin 1-10-cu mərhələlərini ardıcıl yerinə yetirmək lazımdır.
Sonra 11, 12, 13-cü mərhələləri yerinə yetirin. Zolaq qatına toxunmadan kənar hissələri daxilə qatlayın.
Pilot papağı. Əsas sxemin 1-10-cu mərhələlərini yerinə yetirin. Sonra 11-12-ci mərhələlərlə davam edin.
Həkim papağı. Əvvəlcə «Pilot papağı» modelində göstərilən bütün əməliyyatları yerinə yetirin. Sonra isə əməliyyatları davam etdirin.