IV 14. KAĞIZQATLAMA SXEMLƏRİ
«Dərə» qatlaması
«Dağ» qatlaması
Əymək (qatlayıb-açmaq)
Digər tərəfə çevirmək
Daxilə qatlamaq
Birini digərinin içindən keçirtmək
Bükmək
Kağızqatlama üsulu ilə «Kəpənək» fiqurunun hazırlanma ardıcıllığını nəzərdən keçirək.
Resurslar: Kağızqatlama üçün rəngli kağızlar dəsti (21x21 sm), qayçı, yapışqan, kiçik
mavi, göy, qara və ağ kağız hissələri:
- Kvadrat kağızı uzunu, eni və iki diaqonalı boyunca qatlayın.
- «Üçbucaq» fiqurunu qatlayın (A nöqtəsini B nöqtəsi ilə birləşdirin).
- İki kənar üçbucağı aşağı qatlayın, qatlanma xətlərini barmaqla sığallayın.