|
Evinizdə olan xırdavatı harada saxlayırsınız? Xırdavatı xüsusi qutuda — xırdavat üçün mücrüdə saxlamaq əlverişlidir. |
|
Şəklə diqqətlə baxın. Mücrü düzəltmək üçün əvvəlcə qutuya parça üz yapışdırmaq lazımdır. |
|
Qutunu parça ilə necə üzləyə bilərik? Yapışqanı parçaya sürtüb mücrüyə yapışdırsaq, istədiyimizi ala bilərikmi? Əgər yapışqanı parçaya sürtsək, parça tamam islanar və müxtəlif tərəflərə dartılar. |
|
Deməli, yapışqanı qutuya sürtmək və onun üzərinə biçilmiş quru parça ülgüləri yapışdırmaq lazımdır. |
Bəs bu parça ülgüləri necə nişanlamaq olar? Qutuya üz çəkmək üçün neçə parça ülgü lazımdır?
Qutunu nəzərdən keçirək.
|
Qutunun dörd tərəfinə, altına və qapağına çəkmək üçün parça üz lazımdır.
|
Əvvəlcə, gəlin fikirləşək, qutunun hansı yerlərinə parça lazım deyil? Məsələn, heç bir artırmaya parça yapışdırmaq lazım olmayacaq. Artırma — yapışqan sürtmək üçün lazım gələn artıq hissədir. |