Görünüş müşahidəçinin cisimdə gördüyü hissənin (tərəfin) təsviridir.
Çertyoj cismlərin ölçüləri göstərilməklə yerinə yetirilmiş təsvirdir.
Çertyojda görünüşlərin sayı elə olmalıdır ki, onlar əşyanın quruluş və ölçülərini tam göstərmiş olsun.
Adətən, əşyanın üç görünüşü təsvir edilir: frontal*, üfüqi, və profil** görünüşlər.
Hər bir görünüş çertyojda müəyyənləşdirilmiş özünəməxsus yerə malikdir.
Kubun və paralelepipedin açılışını çəkmək üçün bu cisimlərin bütün altı tərəfini təsvir etmək lazımdır.
Texniki rəsm əşyanın həcmli təsviridir.
Kub və paralelepiped hansı müstəvi həndəsi fiqurlardan ibarətdir?
Bu cisimlərin açılışlarında neçə görünüş göstərilməlidir? |