Karton qalın olduğu üçün qatlayanda çatlaya bilər. Ona görə də qatlama xətti boyunca xətkeşi qoyub, onun köməyi ilə qatlama əməliyyatını həyata keçirək.
Bu, yeni texnoloji əməliyyat — basma yolu ilə izsalma adlanır.
Detalları nişanlayaq.
Damalı kağızı nişanlamaq lap asandır. Başlanğıcda və sonda nöqtələr qoyub damalar boyunca kəsək.
Dəftəri tikmək üçün kağız vərəqlərini deşmək lazımdır. Kağız bərk və sıx material olduğundan onu bizlə deşirlər.
İynə isə ancaq sapı deşikdən keçirməyə kömək edir.
1. Lazım olan materialları və alətləri iş masasının üstünə yığın.
2. Kəsilmiş vərəqləri cildin içinə yerləşdirin.
3. Bizlə qatlama xətti boyunca üç deşik açın.
4. İynənin köməyi ilə sapı deşiklərdən keçirin.
5. Sonda düyün vururuq.
Göstərilən ardıcıllıqla nazik dəftər düzəldin. |
! |
Biz ilə iş zamanı təhlükəsizlik qaydaları
|
|
|
Şəkildəki bloknotu hazırlayın. |