Şəkildəki məmulatlar haqqında nə bilirsiniz? |
Kitabın, dəftərin, bloknotun üz qabığına cild deyilir.
Yəqin ki, «qalın üzlü kitab» ifadəsini eşitmisiniz.
Kitab, dəftər və bloknotların vərəqlərinin ümumi qapaq altında birləşdirilməsinə cildləmə deyilir. Cildin üzünə rəngli kağız və ya parça yapışdırmaq olar.
Dəftərin üzü ikiqat qatlanmış kağız vərəqindəndir.
Bloknotun arxa tərəfi bərk kartondan, ön tərəfi isə kağız üzdən ibarətdir.
|
Bu kitabın cildi necədir? |
Kitabların geyimi cildləmə qapaqlarıdır. Qapaqların köməyi ilə vərəqlər dağılmır, təmiz və səliqəli qalır.
Cildləmə qapağında sol və sağ kartonlar tərəflər, ortadakı zolaq isə kötük adlanır. Kötük düz və girdə olur.
Hər iki karton tərəf əvvəlcə kötüyə yapışdırılır. Sonra isə onların hər birinə rəngli kağız üzlük çəkilir.
Bəzən hər iki tərəfə ümumi bir üzlük yapışdırılır.
Qovluq düzəltmək üçün kartona daxildən və xaricdən kağız üz çəkirik.
|
Sonra onu necə qatlamalı? |