7. Əgər bıçaqla kəsiləcək (məsələn, bir parça ət) yemək verilərsə, onda çəngəl sol əldə, bıçaq isə sağ əldə tutulur. Yeməyi kəsərkən çəngəli nimçəyə perpendikulyar yox, maili tutmaq lazımdır, əks halda çəngəl hamar səth boyunca sürüşər və nimçədə olanları masanın üstünə dağıdar.
8. Yeməkləri tədricən, bıçaqla hissələrə ayırıb, yemək lazımdır.
9. Ümumi nimçədən öz çəngəlinizlə yemək götürməyin. Belə yeməklər üçün xüsusi yemək ləvazimatı verilir. Onlar çox vaxt öz quruluşuna və tutumuna görə fərqlənir.
10. Qidanı səssiz, sakit, tələsmədən, yaxşı çeynəməklə yemək lazımdır. Şorba yeyərkən nimçəni özünüzə doğru əyməyin, əks halda yemək süfrəyə və ya üstünüzə dağıla bilər.
11. Xörəyi soyutmaq üçün nimçəyə və ya qaşığa üfürməyin, qaşıqla yavaş-yavaş qarışdıraraq soyumasını gözləyin.
12. Masaya verilən yeməyi hamıdan əvvəl götürməyin. Əvvəlcə onun hamıya çatıb-çatmayacağma nəzər yetirin.
13. Yemək yeyən zaman dişlər arasında qida ilişib qalarsa, masa arxasında onun qalıqlarını çıxartmaq olmaz. Belə olan halda masa arxasından durub hamam otağına keçmək, diş çöpündən, diş sapından istifadə etmək və ağızı su ilə yaxalamaq daha münasibdir.
14. Dişlər arasında qalan qida qalıqlarını təmizləmək üçün masa arxasından durub hamam otağına keçin.
|
|
Süfrə mədəniyyətinin əsaslarını əks etdirən hekayə yazın. |