Ailə üzvlərinin bir-birinə və qonaqlara münasibəti, masa arxasında yemək və davranış qaydalarına riayət etməsi — məişət mədəniyyətinin güzgüsüdür!
Yəqin ki, siz ziyafətlərdə, ad günlərində, müxtəlif bayram və toy mərasimlərində və s. iştirak etmisiniz. Yəqin ki, masa arxasında davranış və yemək qəbulu qaydalarına əməl etmisiniz. Onu da bilirsiniz ki, qəbul olunmuş qaydalara görə, qonaq masa arxasına yalnız ev sahibindən sonra və yaxud onun dəvəti ilə keçə bilər.
Masa arxasında daha nəyə diqqət edilməlidir:
1. Düz oturmaq lazımdır, masaya dirsəklənmək olmaz.
2. Qida qəbulu zamanı dirsəklərini geniş açıb oturmaq olmaz. Bu, masa qonşunuza mane ola bilər.
3. Qidanı bıçaqla ağıza aparmaq olmaz. Bu, mədəniyyət qaydalarına zidd və təhlükəlidir — dil və dodaq zədələnər.
4. Uzaqda qoyulmuş xörək və çörəyi götürmək üçün dartınmaq olmaz. Qonşuluqda oturanlardan onları ötürməyi xahiş etmək lazımdır.
5. Yeməyə başlamazdan əvvəl parça salfeti açmaq və dizlərin üzərinə sərmək, yeməkdən sonra isə qaytarıb masanın üzərinə qoymaq lazımdır.
6. Kotlet, küftə, balıq, bişmiş tərəvəz, adətən, çəngəllə çox da böyük olmayan hissələrə ayırılaraq yeyilir. Bu halda çəngəl sağ əldə tutulur.
✓ - doğrudur