Azərbaycanın ən qədim bayramlarından biri Novruz bayramıdır. Novruz bayramında bütün evlərdə bayram süfrəsi açılır. Masa üzərində müxtəlif yeməklər, əsasən, aş, şirniyyatlar: paxlava, şəkərbura, şəkərçörək, şorqoğal, badambura və s. olur. Bayram süfrəsində bayram xonçasının olması vacibdir. Xonçanın ortasında səməni, hər ailə üzvünün adına şam, boyadılmış yumurta qoyulur.
SUALLAR
|
- Qonaq süfrəsinin bəzədilməsi ardıcıllığı necədir?
- Adi qonaq süfrəsində hansı yeməkləri təklif etmək olar?
- Masaya balıq verildikdə əlavə hansı ləvazimatlar süfrəyə qoyulur?
- Masanı bəzədikdə salfetlər harada yerləşdirilməlidir?
-
Çay süfrəsinə hansı şirniyyatlar daxil edilir?
-
Novruz süfrəsi adi çay süfrəsindən hansı əlamətlərinə görə fərqlənir?
|
|
Qonaq və bayram süfrələrini təsvir edin.
|