— bəzəyin elementləri bir-birini tamamlamalıdır;
— bəzəklər səliqəli hazırlanmalıdır.
Bəzəmək üçün göyərtidən, kök, turp, çuğundur kimi tərəvəzlərdən çiy və bişmiş halda istifadə edilir. Şokolad, müxtəlif meyvələr də bəzək elementi ola bilər.
Turpdan ağ, çuğundurdan isə qırmızı güllər kəsmək olar. Güllərin gövdələri və yarpaqları kahı yarpaqları, yaşıl soğan və kəvər, cəfəri, keşniş və şüyüddən hazırlanır.
Bəzək üçün seçilən ərzaqların rəngini dəyişmək olar. Bu məqsədlə təbii rəngləyicilərdən — çuğundur şirəsindən, zəfərandan istifadə edilir. Əgər mayonezi ketçupla qarışdırsaq, rəngi narıncı, cəfəri şirəsi ilə qarışdırsaq, yaşıl olar.
|
Təsvirlərə baxın, iş planı tərtib edin. Bu plan üzrə yeməkləri bəzəyin. |
İstənilən masanı yumurtadan hazırlanmış dovşan və göbələklərlə bəzəyə bilərsiniz.
Limondan hazırlanmış kəpənəklər də çox maraqlı bəzək nümunəsi ola bilər.