Sofiya qadın şəklində, insanaoxşar bir robot olan androiddir. Bu robot 2015-ci ildə Çində, Hanson Robotics şirkəti tərəfindən hazırlanmışdır. O, insanların davranışlarını öyrənmək üçün layihələndirilmişdir. Sofiya ilə dünyanın müxtəlif yerlərində, o cümlədən 2018-ci ildə Bakıda bir çox görüşlər keçirilmişdir.
Yaradıcısı olan Devid Hansonun sözlərinə görə, Sofiya süni intellektə malikdir, vizual məlumatların işlənməsi funksiyaları və üztanıma texnologiyası ilə təchiz olunmuşdur. Sofiya insan əlamətlərini və üz ifadələrini təqlid edə bilər, həmçinin müəyyən suallara cavab verə və öncədən təyin edilmiş mövzular üzrə (məsələn, hava haqqında) sadə söhbətlər apara bilər.
Robotun yaradıcısı ümid edir ki, son nəticədə Sofiya insanlarla tam qarşılıqlı əlaqədə olacaq və sosial bacarıqlar əldə edəcək. Sofiya daimi olaraq proqram təminatı ilə inkişaf etdirilir və təkmilləşdirilir.
Mütəxəssislər kütləvi robotlaşdırmanı şərtləndirən aşağıdakı səbəbləri sadalayırlar:
|
|
Kartondan təsəvvürünüzdə canlandırdığınız robotu hazırlayın. |