Müasir zamanda texnika və texnologiyaların sürətli inkişafı nəticəsində yeni maşın və mexanizm növləri yaranır. Robotlar bunlara aiddir.
Siz robotlar haqqında nə bilirsiniz?
Robot - müxtəlif növ mexaniki əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş, əvvəlcədən daxil edilmiş proqram əsasında fəaliyyət göstərən mexaniki qurğudur.
Robot ətraf mühitin vəziyyəti haqqında məlumatı, adətən, verici vasitəsi ilə alır.
Robot insan əməyini qismən və ya bütövlükdə əvəz edərək istehsalat və digər əməliyyatları müstəqil olaraq həyata keçirə bilər. Bu zaman robot operatordan komanda alaraq (əl ilə idarəetmə) daxil edilmiş proqrama uyğun müstəqil (avtomatik idarəetmə) fəaliyyət göstərə bilər.
«Robot» sözü ilk dəfə 1920-ci ildə çex yazıçısı Karel Çapek tərəfindən düşünülmü ş və «R.U.R»* pyesində istifadə edilmişdir.
Funksional təyinatından asılı olaraq robotlar — sənaye robotları, məişət robotları, təhlükəsizliyi qoruyan robotlar, tibbi robotlar, hərbi robotlar, tədqiqatçı robotlar, oyuncaq robotlar, androidlərə ayrılır.
* R.U.R. – «Rossumun universal robotları»