Mexaniki emal texnikası — mikser, blender, ət maşını, mətbəx kombaynı, çörəkkəsən, şirəçəkən, qəhvəüyüdən;
Termik emal texnikası — qaz pilətəsi, elektrik pilətəsi, mikrodalğalı soba, elektrik qəhvədanı, qəhvəbişirən, toster;
Geyimə qulluq texnikası — paltaryuyan maşın, elektrik ütüsü, paltartikən maşın;
Evi yığışdırmaq üçün texnika — tozsoran, yuyucu tozsoran, masa tozsoranı;
Digər texnika — ev kinoteatrı, musiqi mərkəzi, televizor, məişət gücləndiricisi, rəqəmli fotoaparat, telefon aparatı.
Elektron cihazlar — ev kinoteatrı, musiqi mərkəzi, televizor, məişət gücləndiricisi, rəqəmli fotoaparat, telefon aparatı.
Bir çox məişət texnikası (televizor, musiqi mərkəzi, məişət kondisioneri və s.) məsafədən idarəetmə pultları ilə idarə olunur. Bu, çox rahatdır — qurğuya yaxınlaşmaq və düyməni basmaq lazım gəlmir.
Məsafədən idarəetmə pultları neçə cür olur?
Pultlar orijinal və universal olur. Universal pultlar həm öyrədici, həm də proqramlaşdırıcı funksiya daşıyır.
Hər bir konkret qurğunun, məsələn, televizorun, kondisionerin öz orijinal pultu olur. Bütün pultları universal pultla əvəz etmək daha əlverişlidir. Çünki bu pulta müxtəlif qurğuları idarə etmək üçün proqram daxil etmək mümkündür. Universal pult bir düymə ilə idarə olunur. Digər elektrik cihazları «söndürüb-yandırma» düymələri ilə idarə olunur.
|
|
1. Verilmiş ardıcıllıq üzrə fırfıra modelini hazırlayın. |