Təyyarə səmada necə hərəkət edir? Bu suala cavab tapmaq üçün reaktiv mühərrikin işi ilə tanış olaq. Mühərrikin qabaq hissəsindəki böyük pər havanı sorur. Sonra hava sıxılır və yanma kamerasındaki yanacağın yanması hesabına qızır. Bunun nəticəsində hava genişlənir. Qızmış hava şırnağı mühərrikin arxa hissəsindən çıxır və təyyarənin irəliləməsinə səbəb olur.
Turbinin işi ilə tanış olaq. Turbin — buxarın, qazın və ya hərəkətli suyun enerjisini mexaniki işə çevirən rotorlu* mühərrikdir. Su şırnağı çalovlu** turbinin pərlərini itələyir və valı fırladır. Külək turbininin pərlərini isə külək fırladır.
Su və külək turbinlərindən çox vaxt elektrik generatorlarında istifadə olunur.
Məişət texnikası haqqında nə bilirsiniz?
Məişətdə ən çox istifadə olunan texniki vasitələr hansılardır?
Evdə istifadə edilən bütün texniki avadanlıq məişət texnikası adlanır.
Məişət texnikası insan əməyini yüngülləşdirir, insanın gündəlik həyatında rahatlıq yaradır.
Məişət texnikasına aşağıdakılar daxildir:
Hesablama texnikası — hesablama makinası, şəxsi kompüter;
Mətbəx texnikası — soyuducu, dondurucu, qabyuyan maşın;
*Rotor — mühərrik və işləyən maşınların fırlanan hissəsi
**Çalov — ekskavatorda və bəzi mexanizmlərdə torpaq və s. götürmək üçün metal təknə