Mişar — bərk materialları (oduncaq, metal, plastik kütlə, daş və s.) kəsmək (mişarlamaq) üçün çoxlu sayda kəsici dişləri olan əl alətidir. Benzinlə, elektriklə işləyən mişarlar da vardır.
Biz — dəstəkli iynədir. Ayaqqabı ustaları tərəfindən müxtəlif materialları (məsələn, dərini) deşmək üçün istifadə olunur. Biz xarrat və dülgər işlərində də tətbiq edilir, dəftərxana ləvazimatı kimi, elektrik quraşdırma aləti kimi də istifadə olunur. Bizin dəstəyi ağacdan, plastik kütlədən ola bilər.
Elektrik burğusu — deşik açmaq üçün nəzərdə tutulmuş elektromexaniki alətdir. Onun köməyi ilə xarrat, çilingər və dülgər işlərində deşmə əməliyyatları yerinə yetirilir.
Bel — dəstəyə geydirilmiş müstəvişəkilli enli paz ağızlığı olan əl alətidir. Bel — inşaat və kənd təsərrüfatı işlərində, qazma, təmizləmə, daşıma əməliyyatları üçün istifadə edilir. Səpələnən yüklər üçün (qum, buğda və s.) ağzı çalov şəklində olan bel də vardır.
Yastıağız kəlbətin — bu alətin piramidaşəkilli dodaqlarının daxili səthi kərtiklidir. Çilingər-quraşdırma və elektromontaj əl alətidir. Bundan başqa itiağız, yumruağız kəlbətinlər də vardır.
|
|
Alətləri və onlarla yerinə yetirilən əməliyyatları aşağıdakı cədvəldə qruplaşdırın. |
Alətlər | Adları |
Alətlərlə yerinə yetirilən əməliyyatlar |
Oduncaq emalı üçün alətlər |
||
Metal emalı üçün alətlər |
||
Geyim hazırlamaq üçün alətlər |