TEXNOLOGİYALAR VƏ TEXNOLOJİ VASİTƏLƏR
Kombinat* — bir neçə müəssisənin bir istehsalatda birləşməsidir (məsələn, kağız kombinatı, metallurgiya kombinatı, kimya kombinatı, evtikmə kombinatı və s.). Kombinat — sənaye müəssisələrinin qarışıq sahələrinin birləşməsidir, burada bir müəssisənin məhsulu digəri üçün xammal və ya materialdır.
|
Kağız kombinatının sxemini nəzərdən keçirin və kütləvi istehsalın müasir texnologiyaları haqqında, məsələn, kağız məmulatları haqqında danışın.
|
SUALLAR
|
- Sizə məlum olan istehsal məhsullarını sadalayın.
- Məhsulların istehsal edildiyi yerləri adlandırın.
- İstehsal dedikdə nə başa düşürsünüz?
- Zavod fabrikdən hansı cəhətlərinə görə fərqlənir?
- Kombinat dedikdə nə başa düşürsünüz?
|
|
Gələcəkdə istehsal müəssisələrini necə görmək istədiyinizi təsvir edin.
|
* Kombinat - latın sözü olub «birləşmiş» deməkdir.
**Makulatura - kağız tullantısı
***Konveyer - nəqletmə üçün arasıkəsilmədən hərəkət edən qurğusudur.
****Rulon - silindr şəklində bükülmüş kağız