Minilliklər boyu insan yaşayış məskəni salmağı qida əldə etməyi, həyat üçün lazım olan zəruri məmulatlar istehsal etməyi öyrənib.
Bəs istehsal nədir? İstehsalat müəssisəsi nəyə deyilir? |
İstehsal təbii xammalın, materialların və enerjinin emalı nəticəsində həyat üçün zəruri olan əşyaların — əmək alətləri, mexanizmlər, maşınlar, nəqliyyat, rabitə və informasiya vasitələrinin, qida və sənaye məhsullarının hazırlanmasıdır.
Bu sadalanan əşyalar istehsalat müəssisələrində istehsal olunur.
|
Hansı istehsalat müəssisələrini tanıyırsınız? Zavod, fabrik və kombinat haqqında nə bilirsiniz? |
Zavod böyük istehsalat müəssisəsidir. Daha doğrusu, istehsalı mexanikləşdirilmiş və avtomatlaşdırılmış proseslərdən ibarət sənaye müəssisəsidir. Məsələn, avtomobil zavodu, traktor zavodu, aviasiya zavodu, şüşə zavodu, süd zavodu və s.
Zavodlarda fəhlələr və ya avtomatik mexanizmlər məmulatı ardıcıl olaraq yığırlar. Avtomobil zavodunda avtomobillər yığma konveyer üsulu ilə hazırlanır.