Qafqazın cənub-şərqində, Xəzər dənizinin qərb sahilində yerləşən Azərbaycan Respublikasına bir nəzər salaq. Gözlərimiz önündə nəhayətsiz düzənliklər və çəmənlər, zirvəsi qarlı dağlar və qumlu dəniz sahilləri canlanır. Bərəkətli torpaq, yumşaq iqlim, ilıq günəş şüaları kənd təsərrüfatının bütün sahələrinin inkişafı üçün gözəl şərait yaradır.
Qafqazda bitən altı min növ bitkinin 4100-ü Azərbaycan Respublikasının ərazisindədir. Həmin bitkilər böyük müalicəvi əhəmiyyətə malikdir. Respublikamız mineral su mənbələri?ilə də zəngindir.