Adlandırılması. Mürəkkəb efiri adlandırmaq üçün onu əmələ gətirən spirtin radikalının adına turşunun bir halda latınca adının kökünə “-at”, digər halda beynəlxalq adına “-oat” şəkilçisi əlavə edilir; məsələn:
Səmərəli nomenklatura ilə mürəkkəb efirlərin adları müvafiq turşu və spirtin adlarına “efir” sözü əlavə etməklə düzəldilir; məsələn, HCOO-CH3 qarışqa turşusunun metil efiri, CH3COO-C2H5 isə sirkə turşusunun etil efiri adlanır.
Spirt radikallarını müəyyən edib (-C2H5, - CH2-C2H5) efirləri 3 üsulla adlandıraq:
a. | b. |
1. etilpropionat
2. etilpropanoat 3. propion turşusunun etil efiri |
propilasetat propiletanoat sirkə turşusunun propil efiri |
İzomerliyi. Mürəkkəb efirlər doymuş birəsaslı karbon turşuları ilə eyni CnH2nO2 (n ≥ 2) formuluna malikdir. Ona görə də onlar arasında siniflərarası izomerlik mövcuddur; məsələn, metilformiat və sirkə turşusu bir-birinin izomeridir:
Mürəkkəb efirlərdə sinifdaxili quruluş izomerliyi bir neçə səbəbdən yaranır:
(a) -COO-
qrupunun karbon
zəncirində yerinə görə: