|
|
Fəaliyyyət • |
Mürəkkəb efirlərin adlandırılması və izomerliyi. Karbon turşularının duzları ilə
mürəkkəb
efirlərin adlandırılmasında oxşar cəhətin olduğunu nəzərə alaraq sual işarəsi ilə göstərilən
mürəkkəb efirləri adlandırın. a, b və c mürəkkəb efirlərinin element tərkiblərini müqayisə edərək efirlərin ümumi cəhətini müəyyənləşdirin. |
Müzakirə edin: |
|
Mürəkkəb efirlər karbon turşuları ilə spirtlərin qarşılıqlı təsirindən əmələ gələn üzvi birləşmələrdir:
Mürəkkəb efirlərin alınması reaksiyası efirləşmə reaksiyası adlanır.
Formulda R1 və R2 radikalları eyni və ya müxtəlif ola bilər (qarışqa turşusunun mürəkkəb efirlərində R1 = H). -COO- qrupu mürəkkəb efirlərin funksional qrupudur.
Doymuş birəsaslı karbon turşularının doymuş biratomlu spirtlərlə əmələ gətirdiyi mürəkkəb efirlərin tərkibi CnH2nO2 formuluna uyğundur.