Alınması. Aşağıda oksalat, adipin və tereftal turşularının alınması reaksiyalarının müvafiq sxemləri göstərilmişdir:
Fiziki xassələri. İkiəsaslı karbon turşuları ağ kristal maddələrdir. Alkandikarbon turşular sırasının ilk üzvləri suda, efirdə, spirtdə yaxşı həll olur.
Kimyəvi xassələri. İkiəsaslı karbon turşuları birəsaslı karbon turşuları kimi metallarla, qələvilərlə, spirtlərlə reaksiyaya daxil olur. Reaksiyada turşunun bir və ya iki -COOH qrupunun iştirakından asılı olaraq normal və ya turş duzlar, tam və ya natamam mürəkkəb efirlər və s. birləşmələr almır; məsələn:
Qızdırıldıqda ikiəsaslı karbon turşuları dekarboksilləşməyə uğrayır (CO2 ayrılır). Bu prosesdə oksalat turşusu qarışqa turşusuna çevrilir. Qızdırılma sulfat turşusunun iştirakında aparıldıqda o, üç oksid əmələ gətirməklə tam parçalanır:
İkiəsaslı karbon turşuları müvafiq birəsaslı karbon turşularından daha qüvvətli turşulardır. Oksalat turşusu karbon turşularından ən qüvvətlisidir.
Tətbiqi. Oksalat turşusu parçaların ağardılmasında, metalların pasdan, ərpdən təmizlənməsində və s.-də tətbiq edilir. Adipin turşusu naylon lifinin, tereftal turşusu isə lavsan lifinin alınmasında istifadə olunur.