8. C15H31COOH və C17H33COOH tərkibli turşulara aid olanları qeyd edin.
1. pentadekan turşusu 3. oktadesen turşusu |
2. heksadekan turşusu 4. heptadesen turşusu |
a. palmitatlar b. stearatlar c. oleatlar |
C15H31COOH____ |
C17H33COOH_____ |
••• Dərsdən
SONRA |
Metakril turşusunun kimyəvi xassələrini əks etdirən reaksiyaların tənliklərini tərtib edin və alınan yeni üzvi maddələri adlandırın. Bu tənlikləri və metakril turşusunun tətbiq sahələrini buklet şəklində təqdim edin. |
|
|
Fəaliyyyət • | Qarışqa və oksalat turşuları. Qarışqa və oksalat turşularının quruluş formullarını tərtib edin və bu turşuların turşu xassələrini müqayisə edin. Turşuların xassəsinin dəyişməsinə səbəb olan amili molekul quruluşları ilə əlaqələndirin. Oksalat turşusunun suda dissosiasiya tənliyini tərtib edin. |
Müzakirə edin: | - Nə üçün adipin [HOOC-(CH2)4-COOH] turşusu oksalat turşusundan (HOOC-COOH) zəif turşudur? |
İkiəsaslı karbon turşularının molekullannda iki karboksil qrupu olur. Bu turşular karboksil qrupuna birləşmiş karbohidrogen radikalının təbiətindən asılı olaraq doymuş, doymamış və aromatik ikiəsaslı karbon turşularına ayrılır:
Doymuş dikarbon turşularına həmçinin malon (HOOC-CH2-COOH), kəhrəba [HOOC-(CH2)2-COOH] və adipin [HOOC-(CH2)4-COOH] turşuları da aiddir.
Orta məktəb kimya kursunda doymuş ikiəsaslı karbon turşularından oksalat və adipin turşuları, aromatik turşulardan isə tereftal turşusu ilə tanış olacaqsınız.