Linol (C17H31COOH) və linolen (C17H29COOH) turşularının molekullannda müvafiq olaraq iki və üç ədəd İkiqat C=C rabitə mövcuddur. Hər iki turşu olein turşusu ilə birlikdə qliserinin mürəkkəb efirləri şəklində bitki yağlarının (zeytun, günəbaxan, qarğıdalı, badam və s.) tərkibinə daxildir.
Fəaliyyyət • | Ali karbon turşularının quruluşu və fiziki xassələri. Molekul quruluşlarını nəzərə |
a. stearin turşusu b. olein turşusu c. linol turşusu d. linolen turşusu |
1. tər.= -11°c |
Müzakirə edin: |
|
Nə üçün a quruluşuna malik doymuş yağ turşuları otaq temperaturunda bərk halda, b quruluşuna malik doymamış yağ turşuları isə, əsasən, maye halda olur?
Doymuş yağ turşuları molekullarının qonşu karbon zəncirləri daha sıx və paralel istiqamətdə yerləşir (a). Ona görədə bu molekullar arasında cazibə qüvvələri böyük olur və belə turşuları əritmək üçün daha yüksək temperatur tələb edilir.
Doymamış yağ turşularının sis-izomerləri arasında (b) cazibə qüvvələri yalnız zəncirin qısa seqmentləri arasında təsir etdiyi üçün bu qüvvələr zəif olur. Ona görə də b quruluşuna malik turşuları əritmək üçün az enerji - aşağı temperatur tələb edilir və onlar, əsasən, maye halda olur.
Doymamış karbon turşuları sırasının ilk üzvü akril (propen) turşusudur: CH2=CH-COOH. Onun polimerləşməsindən poliakril turşusu əmələ gəlir: