Hər iki turşu doymuş karbon turşuları üçün səciyyəvi olan reaksiyalara daxil olur, məsələn:
Palmitin və stearin turşularının duzları müvafiq olaraq palmitatlar və stearatlar adlanır. Onların natrium və kalium duzları sabunun əsas tərkib hissəsidir.
Palmitin və stearin turşularının qanşığı stearin şamlarının hazırlanmasında istifadə olunur.
Ali karbon turşulan yağların hidrolizi (səh. 106) və parafinlərin katalitik oksidləşməsi ilə (səh. 78) alınır.
• Doymamış karbon turşularıOlein turşusu - molekulunda bir ədəd C=C rabitəsi olan doymamış birəsaslı karbon turşusudur:
Olein turşusu ümumi formulu CnH2n-1COOH (n>2) olan doymamış karbon turşulannm homoloji sırasına aiddir. Molekullannda karboksil qrupu və ikiqat C=C rabitə olduğundan bu turşular həm karbon turşularının, həm də doymamış karbohidrogenlərin xassələrini göstərir.
Olein turşusunun əsaslarla reaksiyasından duzlar, spirtlərlə qarşılıqlı təsirindən isə mürəkkəb efirlər əmələ gəlir. Doymamış birləşmə olduğundan o, birləşmə reaksiyasına daxil olur:
Olein turşusu C17H33COOH tərkibli turşunun sis-izomeridir. Onun trans-izomeri elaidin turşusu adlanır. Elaidin turşusu olein turşusundan fərqli olaraq adi şəraitdə (20°C) bərk haldadır və trans-izomer şəklində təbiətdə rast gəlinmir: