Ali karbon turşularının molekullarında, əsasən, 10-dan 20-yə qədər karbon atomu olur. Onların bir çoxu qliserinin mürəkkəb efirləri şəklində yağların tərkibinə daxildir. Yağları əmələ gətirən ali karbon turşuları yağ turşuları adlanır.


Fəaliyyyət • Yağ turşularının tərkibi, quruluşu və fiziki xassələri
Yağ turşularının molekul quruluşlarını və aqreqat hallarını müqayisə edin.
Müzakirə edin:
  • Göstərilən yağ turşularının molekul quruluşlarında, molekulda karbon atomlarının və funksional qrupların sayında hansı qanunauyğunluqlar müşahidə etdiniz?
  • Nə üçün c bəndindəki karbon turşusu a b-dəki turşulardan fərqli olaraq maye haldadır?
  • c quruluşuna malik turşu C17H33COOH tərkibli turşunun hansı həndəsi izomeridir?

Yağ turşuları iki qrupa ayrılır - doymuşdoymamış yağ turşuları. Doymamış yağ turşularının karbon zəncirində ən azı bir ikiqat C=C rabitə olur.

Yağ turşularının xüsusiyyətləri:

1. Yağ turşuları molekullannm şaxəsiz zəncirində cüt sayda, əsasən, 10-dan 20- yə qədər karbon atomu olur.

2. Təbiətdə ən geniş yayılanları (triqliseridlər şəklində) palmitin, stearin və olein turşularıdır.

3. Doymamış yağ turşularının qalıqları yağın tərkibində, əsasən, sis-izomer şəklində olur.

4. Yağ turşularının molekulunda C=C rabitəsi istisna olmaqla karboksil qrupundan başqa digər funksional qrup olmur.

5. Doymamış yağ turşuları tərkibində eyni sayda karbon atomu olan doymuş yağ turşularından daha aşağı temperaturda əriyir. Yağ turşusu molekulunda ikiqat C=C rabitənin sayı artdıqca turşunun ərimə temperaturu aşağı düşür.

Doymuş yağ turşularına misal kimi palmitin (C15H31COOH) və stearin (C17H35COOH) turşularını, doymamış yağ turşularına isə olein (C17H33COOH), linol (C17H31COOH) və linolen (C17H29COOH) turşularını göstərmək olar (ab).
Palmitin (heksadekan) və stearin (oktadekan) turşuları.

C15H31COOH


(a) Palmitin turşusu molekülünün mil-kürəcik modeli