Tətbiqi. Sirkə turşusundan plastik kütlələr, müxtəlif boyalar (məsələn: indiqo), dərman maddələri (məsələn: aspirin, fenasetin), asetat lifi istehsalında, yanmayan kinoplyonkalar, ultrabənövşəyi şüaları keçirən şüşənin alınmasında istifadə olunur.
Sirkə turşusunun duzlarından parçaların boyanmasında, qurğuşun(II) asetatdan qurğuşun ağ boyası kimi istifadə edilir. Mis(II) asetat və sirkə turşusunun bəzi törəmələri, məsələn, 2,4- dixlorfenoksisirkə turşusunun natrium duzu (b) kənd təsərrüfatında herbisid kimi alaq otlanna qarşı mübarizədə tətbiq olunur.
Sirkə turşusundan tərəvəzlərin konservləşdirilməsində, onun efirlərindən isə ətriyyat və qənnadı istehsalında istifadə edilir. Məişətdə sirkə turşusu süfrə sirkəsi (c) kimi istifadə olunur. Sirkə turşusunu özünəməxsus iyinə görə fərqləndirmək mümkündür.
Karbon turşularında O-H rabitəsinin spirtlərə nəzərən daha güclü, C=O rabitəsinin isə aldehidlərə nəzərən az polyarlaşmasının səbəblərini izah edin.
1. (CH3CH2COO)2Mg |
2. (CH3COO)2Ca |
3. (HCOO)2Mg |
4. (HCOO)2Ca |
5. (CH3COO)2Mg |
1. C2H5OH |
2. CH4 |
3. C4H10 |
4. CH3OH |
5. CH3CHO |
qarışqa turşusu__ | sirkə turşusu__ |
1. CC1H2COOH |
2. CH3COOH |
3. CFH2COOH |
4. CF2HCOOH |
5. CF3COOH |