Bəzi xüsusiyyətlərinə görə qarışqa turşusu digər karbon turşularından fərqlənir:
1. Homoloji sırada o ən qüvvətli turşudur. Dissosiasiya dərəcəsinə görə o, ortofosfat turşusuna (orta qüvvətli turşulara) yaxındır.
2. Qarışqa turşusu və onun duzlan digər karbon turşulanndan fərqli olaraq gümüş(I) oksidlə və mis(II) hidroksidlə oksidləşir:
3. Qarışqa turşusunun parçalanmasından laboratoriyada karbon-monooksidin alınmasında istifadə edilir:
Tətbiqi. Qanşqa turşusu üzvi maddələrin sintezində reduksiyaedici maddə kimi, həmçinin turşəng turşusunun alınmasında tətbiq edilir. Bundan başqa, o, yeyinti sənayesində dezinfeksiyaedici və konservləşdirici kimi, toxuculuq sənayesində parçaların boyanmasında, təbabətdə - qarışqa spirti adı ilə revmatizmin müalicəsində istifadə olunur (qarışqa spirti qarışqa turşusunun etanolda 1,25%-li məhluludur). Qarışqa turşusunun mürəkkəb efirləri həlledici və ətirli maddələr kimi istifadə edilir.
Sirkə turşusu. Hazırda sirkə turşusu bir neçə üsulla alınır; məsələn, sirkə aldehidinin və butanın katalitik oksidləşdirilməsindən:
Sirkə turşusu etanolun katalizator və ya bakteriyaların iştirakı ilə oksidləşməsindən alınır:
Onu həmçinin spesifik üsullarla - metanolla karbon-monooksidin qarşılıqlı təsirindən və oduncağın piroliz məhsullarından ayırmaqla da almaq olur:
Sirkə turşusu adi şəraitdə xarakterik kəskin iyli, rəngsiz mayedir. +16,6°C-dən aşağı temperaturda o, buza oxşayan kristallar şəklində bərkidiyindən "buzlu sirkə turşusu" adını almışdır. Su ilə istənilən nisbətdə qarışır; suda 3-5%-li məhlulu sirkə (süfrə sirkəsi), 70—80%-li məhlulu isə sirkə essensiyası adı ilə məlumdur.