2. Hansı ardıcıllıq üzrə O-H rabitəsinin polyarlığı artır?
1. CH3COOH
2. HCOOH
3. CH3OH
4. H2O
3. Təxminən eyni nisbi molekul kütləsinə malik heksan turşusu, heptanal və heptanol-1 -i onların
qaynama temperaturlarının artması sırası üzrə yerləşdirin və bu ardıcıllığı izah edin.
4. Səhv fikirləri müəyyən edin.
a. O-H rabitəsinin polyarlığı sirkə turşusunda azdır, nəinki etanolda.
b. Karboksil qrupunda C=O rabitə daha polyardır, nəinki aldehid qrupunda.
c. Qarışqa turşusunda molekullararası hidrogen rabitəsi metanoldakından zəifdir.
d. E tan turşusunda O-H rabitə daha polyardır, nəinki formiat turşusunda.
e. Karboksil qrupunda -OH və >CO qrupları bir-birinə qarşılıqlı təsir edir.
5. Heksan turşusu suda az həll olur (100 ml suda 1q). Turşu molekulunun hansı hissəsi turşunun suda həll
olmasına səbəb olur, hansı hissəsi isə mane olur?
6. Turşuları onların qaynama temperaturlarının azalması sırası ilə düzün.
a. qarışqa turşusu
b. sirkə turşusu
c. propion turşusu
7. Propan turşusu və metilasetat siniflərarası izomerdir. Onlardan biri 57°C-də, digəri 141°C-də
qaynayır. Maddələri qaynama temperaturuna görə müəyyən edin və seçiminizi əsaslandırın.
8. Çox yüksək olmayan temperaturda sirkə turşusunun buxarının hidrogenə görə sıxlığı 60-a bərabərdir. Bu
faktı nə ilə izah edərdiniz? •
••• Dərsdən
SONRA
|
"Karbon turşularının fiziki və kimyəvi xassələrinin onların quruluşları
ilə əlaqəsi" adlı elmi məqalə yazın.
Məqalənin quruluşu aşağıdakı kimi ola bilər:
- Məqalənin adı
- Müəlliflər haqqında məlumat
- Annotasiya
- Açar sözlər
- Giriş
- Əsas hissə
- Yekun
- Nəticə
- İstifadə olunan ədəbiyyat siyahısı.
|