Karboksil qrupunda C=O, C-O və O-H rabitələrinin polyar olması karbon turşularının kimyəvi və fiziki xassələrini müəyyən edir.
Fiziki xassələri. Doymuş birəsaslı karbon turşularının ilk 9 üzvü (HCOOH - C8H17COOH) kəskin iyli mayelərdir.
Karbon turşularının molekulları da spirtlər kimi öz aralarında hidrogen rabitəsi əmələ gətirir (c). Karbon turşularında bu rabitə bir qədər güclüdür; məsələn, qarışqa və sirkə turşuları hətta buxar halında belə hidrogen rabitəsi hesabına dimer (d) şəklində mövcuddur:
Ona görə də karbon turşuları təxminən eyni nisbi molekul kütləsinə malik spirt, aldehid, keton və efirlərə nisbətən daha yüksək temperaturda qaynayır.
Karbon turşuları həmçinin su molekulları ilə də hidrogen rabitəsi əmələ gətirir. Bu səbəbdən karbon turşularının ilk üzvləri suda yaxşı həll olur.
Karbon turşusunda R radikalı böyüdükcə turşunun suda həll olması azalır. Nonan (pelarqon) turşusundan (CH3-(CH2)7-COOH) sonrakı nümayəndələr suda həll olmayan, bərk maddələrdir.
Bir qayda olaraq, şaxəli quruluşa malik karbon turşuları şaxəsiz quruluşlu turşulara nəzərən daha aşağı temperaturda qaynayır.
Şaxəsiz quruluşlu karbon turşularının müvafiq şaxəli quruluşa malik turşulara nəzərən daha yüksək temperaturda qaynamasının səbəblərini izah edin.
1. su | 2. etanol | 3. formaldehid | 4. sirkə turşusu | 5. qarışqa turşusu |