Fəaliyyyət • | Karbon turşularının quruluşu və fiziki xassələri. Təxminən eyni molekul kütləsinə
malik
propanol-1, propanal və etan turşusunun qaynama temperaturlarını əks etdirən diaqram
əsasında onların molekul quruluşlarına aid cədvəli doldurun.
|
Propanol-1 | Propanal | Etan turşusu | |
-OH qrupuna malikdir (+) | |||
Daha polyar O-H rabitəsinə malikdir (+) | |||
Suda məhlulda lakmusun rəngini dəyişir (+) |
Karboksil qrupunun elektron quruluşu. Karboksil qrupunun elektron quruluşu və elektron sıxlığının yerdəyişməsi a və b sxemlərində göstərilmişdir:
b sxemindən görünür ki, karboksil qrupunda karbonil (>C§+=O§-) qrupunun qismən müsbət yüklənmiş karbon atomu C-O rabitəsi vasitəsilə O-H rabitəsinin elektron sıxlığını özünə tərəf çəkir. Bu, O-H rabitəsinin polyarlığını spirtlərə və fenola nisbətən artırır və karbon turşusunun suda məhlulunda H+ ionunun ayrılmasını asanlaşdınr. Bu səbəbdən karbon turşuları (əsasən, sıranın ilk nümayəndələri) spirtlərə, həmçinin su və fenola nisbətən daha güclü turşu xassələrinə malikdir.
Karboksil qrupundakı polyarlaşma sirkə turşusu molekülünün elektron sıxlığı xəritəsində aydın görünür: qismən mənfi yük (qırmızı rəng), əsasən, >C=O qrupunun oksigen atomu ətrafında, qismən müsbət yük isə (göy rəng) hidroksil qrupunun hidrogen atomu ətrafında yerləşmişdir.
Qeyd. Elektron sıxlığı xəritəsində ikiqat C=O rabitəsi bir millə göstərilir.