4. Hansı maddələrin oksidləşməsi ilə alınan karbon turşusunun radikalında karbon atomlarının sayı ilkin
molekülün karbohidrogen radikalındakına nəzərən az olur?
1. CnH2n+2 (R-H)
|
2. RCH2OH
|
3. RCHO |
5. Karbon turşularının laboratoriyada alınmasında, əsasən, hansı reaksiyadan istifadə olunur? Bu
reaksiya üzrə qarışqa və sirkə turşularının alınması reaksiyalarının tənliklərini tərtib edin.
6. Müvafiq alkandan palmitin turşusunun alınması reaksiyasının tənliyini tərtib edin və baş verən
çevrilmənin xüsusiyyətlərini şərh edin.
7. Tərkibində oksigenin kütləsi hidrogenin kütləsindən 16 dəfə çox olan birəsaslı karbon turşusunun
alınması reaksiyalarının tənliklərini tərtib edin.
8. 24 qramında 12,8 q oksigen elementi olan doymuş birəsasb karbon turşusunun 3 üsulla alınması
reaksiyalarının tənliklərini tərtib edin.
••• Dərsdən
SONRA
|
"Karbon turşularının həyatımızda rolu" mövzusunda araşdırma aparın. Araşdırmanın
nəticəsini bülleten şəklində təqdim edin.
|
3.1.3 Quruluşu və fiziki xassələri
• Keçdiklərinizi xatırlayın •
- Nə üçün metan qazından fərqli olaraq formaldehid qazı suda yaxşı həll olur?
- Maddənin tərkibində hansı funksional qrupun olması onun molekulları arasında hidrogen
rabitəsinin yaranmasına səbəb olur?
Sirkə turşusunda molekullararası hidrogen rabitəsinin olması onun 16,6°C-də buzaoxşar bərk
maddəyə çevrilməsinə və buxar halında dimer şəklində mövcudluğuna səbəb olur.
|
- Nə üçün bu hadisələr təxminən eyni şəraitdə etanol üçün müşahidə olunmur?
|