Laboratoriyada karbon turşularını onların duzlarına sulfat turşusu ilə təsir etməklə almaq olar:
Hazırda sənayedə karbon turşuları birli spirtlərin, aldehidlərin və alkanların oksidləşdirilməsi ilə alınır:
Molekullarmda 28-36 karbon atomu olan alkanların katalitik oksidləşdirilməsi ilə tərkibində 14-18 karbon atomu olan üzvi turşular alınır, məsələn:
Bu turşulardan sabun istehsalında istifadə olunur.
Qarışqa və sirkə turşuları digər üsullarla da alınır.
Aromatik karbon turşularına aid olan benzoy və tereftal turşularının alınması sizə X sinifdən məlumdur.
Reaksiya sxeminə əsasən deyə bilərik ki, 1 mol aldehidin oksidləşməsindən alınan turşunun kütləsi aldehidin kütləsindən 16 q artıqdır. Şərtə görə, reaksiyada kütlə