Doymuş birəsaslı karbon turşularında optiki izomerlik 2-metilbutan turşusundan başlanır. Onun
molekulunda üçlü karbon atomu 4 müxtəlif atom və atomlar qrupu (-H, -CH3,
-C2H5, -COOH) ilə
birləşdiyi üçün o, iki optik izomer şəklində mövcuddur:
2-metilbutan turşusunun optik izomerləri
■
ÖYRƏNDİKLƏRİNİZİ TƏKMİLLƏŞDİRİN
■ REFLEKSİYA VƏ QİYMƏTLƏNDİRMƏ
■ I. Fikirləri tamamlayın və onların düzgünlüyünü mətnə əsasən yoxlayın.
- Doymuş birəsaslı karbon turşularında quruluş izomerliyi yalnız ... görə yaranır, çünki ...
başlanır.
- Doymuş birəsaslı karbon turşularının tərkibində alkil radikalları olan ... ilə siniflərarası
izomerlik əmələ gətirməsinin səbəbi ...
■ II. Suala cavab verməklə mövzu haqqında rəyinizi bildirin.
- Dərsin hansı mərhələsini daha uğurlu hesab edirsiniz?
■ III. Tapşırıqları yerinə yetirin.
1. Doymuş birəsaslı karbon turşularım göstərin.
2. Turşuları Beynəlxalq nomenklatura ilə adlandırın.
3. Sirkə turşusunda metil qrupunun H atomlarından birinin metil, digərinin propil radikalları ilə əvəz
olunmasından abnan turşunun quruluş formulunu yazın və turşunu Beynəlxalq nomenklatura ilə adlandırın.
4. 7,4 qramında 3,2 q oksigen elementi olan doymuş birəsaslı karbon turşusunun formulunu müəyyən edin.
5. Uyğunluğu müəyyən edin.
1) doymuş karbon turşusu_
2) doymamış karbon turşusu_
3) aromatik karbon turşusu _
|
a. qarışqa turşusu
b. palmitin turşusu
c. benzoy turşusu
d. akril turşusu
e. stearin turşusu
|