Adlandırılması. Normal quruluşlu doymuş birəsaslı karbon turşularını Beynəlxalq nomenklatura ilə adlandırmaq üçün karboksil qrupunun karbon atomu da daxil olmaqla molekulda karbon atomlarının sayma uyğun gələn alkanın admın sonuna “turşu” sözü əlavə edilir (cədvəl).
Doymuş birəsaslı karbon turşularının bəzi nümayəndələri və adlarıKarboksil qrupu ilə birləşmiş radikal şaxəli quruluşda olduqda karboksil qrupunun karbon atomu daxil olan ən uzun karbon zənciri seçilir və karboksil qrupunun karbon atomundan başlayaraq əsas zəncirin karbon atomları nömrələnir, radikalların yeri, sayı və adları göstərilməklə əsas zəncirə uyğun gələn alkanın adı və “turşu” sözü əlavə olunur:
İzomerliyi. Molekulda zəncirin karbon atomlannın nömrələnməsi -COOH qrupunun karbon atomundan başladığı üçün karbon turşularında sinifdaxili quruluş izomerliyi yalnız karbon zəncirinin quruluşu ilə əlaqədardır, məsələn:
Doymuş birəsaslı karbon turşulan tərkibində alkil radikallan olan mürəkkəb efirlərlə siniflərarası izomerdir. Qanşqa turşusunun mürəkkəb efirlərində radikalın birini H atomu əvəz edir, məsələn: