Deməli, aldehidin formulu CH3CH2CHO, beynəlxalq adı isə propanaldır.
1 mol CnH2n+1OH tərkibli spirtin oksidləşməsindən alınan aldehidin tam yanmasına sərf olunan oksigenin, həmçinin reaksiya nəticəsində əmələ gələn suyun və karbon qazının kütlələrini spirt molekulunda olan karbon atomlarının sayı - n ilə ifadə edin.
Aldehidlər H-X tipli polyar moleküllü maddələri, məsələn, suyu, ammonyakı və s.-ni özlərinə birləşdirir. Bu zaman polyar molekülün (HX) hidrogen atomu karbonil qrupunun oksigen atomuna, qalan hissəsi (X) isə >C=0 qrupunun karbon atomuna birləşir:
Formaldehid ammonyakla tsiklik quruluşa malik urotropin (heksametilentetramin) əmələ gətirir:
Urotropin bəzi dərman preparatlarının tərkibində təbabətdə və bəzən “qum spirt” adı ilə yanacaq kimi kimya laboratoriyalarında istifadə olunur.
III. Polimerləşmə və polikondensləşmə reaksiyaları. Aldehidlərin ilk nümayəndələri polimerləşmə reaksiyasına asan daxil olur; məsələn, formaldehidin polimerləşməsi nəticəsində şaxəsiz quruluşlu poliformaldehid əmələ gəlir: