Aldehidlər həmçinin təzə çökdürülmüş mis(II) hidroksidin təsirindən də oksidləşir. Bu zaman əvvəlcə mis(I) hidroksidin sarı rəngli çöküntüsü alınır, sonuncu davamsız olduğundan zəif qızdırıldıqda qırmızı rəngli mis(I) oksidə parçalanır (b):
Bu reaksiya da aldehidlərin xarakterik reaksiyası olub onların təyinində istifadə edilir.
Aldehid və ketonların (CnH2nO) yanma reaksiyalarının ümumi tənliyi belədir:
Aldehidlər həmçinin havanın oksigeni ilə də oksidləşir. Ona görə də maye halda olan aldehidləri uzun müddət saxlamaq üçün azot mühitindən və ağzı lehimlənmiş qablardan istifadə olunur.
Aldehidlərdən fərqli olaraq ketonlar mis(II) hidroksidlə, həmçinin “gümüş-güzgü ” reaksiyası üzrə oksidləşmir.
II. Birləşmə reaksiyaları. Aldehid və ketonlara birləşmə reaksiyaları karbonil qrupundakı π-rabitənin qırılması nəticəsində baş verir.
Aldehidlərin hidrogenləşməsindən birli spirtlər, ketonların hidrogenləşməsindən isə ikili spirtlər alınır: