Aldehidlər aşağıdakı üsullarla alınır.
1. Birli spirtlərin oksidləşməsi və ya dehidrogenləşməsi. Laboratoriyada aldehidləri birli spirtləri oksidləşdirməklə almaq olar:
Məsələn, etanol buxarını hava ilə birlikdə, üzəri mis(II) oksidlə örtülmüş, közərdilmiş mis tor üzərindən buraxdıqda asetaldehid alınır:
Birli spirtlərin oksidləşdirilməsi sənayedə də tətbiq edilir. Belə ki, metanolun katalizator iştirakında havanın oksigeni ilə oksidləşməsindən formaldehid alınır:
Birli spirtlərin buxarını 200-300°C-də mis, gümüş və ya platin katalizatorlarının üzərindən keçirdikdə spirtlər dehidrogenləşərək aldehidlərə çevrilir:
Biratomlu ikili spirtlərin R1CH(OH)R2 oksidləşməsindən ketonlar əmələ gəlir:
2. Karbohidrogenlərin oksidləşməsi. Sənayedə metanın katalizator iştirakında havanın oksigeni ilə oksidləşməsindən formaldehid alınır:
Formaldehidin qarışqa turşusuna oksidləşməsinin qarşısını almaq üçün metanın hava ilə qarışığı reaksiya zonasından böyük sürətlə keçirilir.
Etilenin katalitik oksidləşməsindən isə asetaldehid alınır:
3. Asetilenin hidratlaşması. Sənayedə sirkə aldehidi həm də Kuçerov reaksiyası üzrə asetilenin katalitik hidratlaşmasından alınır: